"Yaşıl dünyanın təşviqi" layihəsi davam edir

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Təhsildə İnkişaf və İnnovasiyalar üzrə VIII qrant müsabiqəsinin qalibi olmuş “Sağlam gələcək bizimlə gələcək” Yaşıl dünyanın təşviqi layihəsi öz işini davam etdirir.

Xatırladırıq ki, "Sağlam gələcək bizimlə gələcək" qrant layihəsinin müəllifi həmən məktəbin müəllimi Nuranə Şərifovadır. Layihənin məqsədi məktəblilər, gənc müəllimlər və valideyinləri cəlb etməklə şagirdlər arasında sağlam həyat tərzinin təbliği ilə yanaşı asudə vaxtın səmərəli istifadəsi və rayonumuzda ekoloji təmizliyin qismən də olsa qorunmasına nail olmaqdır. Qazax rayonunda 3 məktəb olmaqla 10 nəfər müəllim, 30 nəfər şagird cəlb olunmuşdur. Bu rəqəm könüllülərin istəyi əsasında artmışdır.Şagirdlər əsasən 7-8-9 cu sinifləri əhatə edir. Layihənin icraçısı Tahirə Xasməmmədova layihədəki təlimata uyğun olaraqlayihəni müvəffəqiyyətlə davam etdirir. Layihə boyunca şagirdlər təbiətə səyahət edərək onu necə qorumağın yollarını öyrənir, məktəbdə debatlar təşkil edir, komanda şəklində məktəbliləri və valideyinləri maarifləndirirlər. Müəllimlər və valideyinlərlə birgə velo təlimlər keçirirlər. Görülən bu işlərin ətraf mühitə və onların özlərinə necə faydalı olduğunu anlayırlar və eyni zamanda digər şagirdləri də maarifləndirirlər.

Layihə iştirakçıları layihənin icracı boyunca çox böyük işlər görmüşlər . Belə ki, Qazax şəhər Yol salma idarəsinə səfər edən şagirdlər velosiped yollarınin çəkilişi və yolların yaşıllaşdırılması haqqında müəyyən məlumat toplayıblar. Yaşıllaşma üçün meyvə çəyirdəkləri ,xüsusilə şam qozası toxumları yığırlar. “Qızıl Aypara”təşkilatı ilə əməkdaşlıq edərək, ilkin yardım gələnədək velosiped qəzaları olarsa, necə yardım etməyin yollarını öyrənmişlər.Qazax rayon İcra Başçısının xüsusi dəstək və qayğısı ilə layihə iştirakşıları şəhər mərkəzində yerləşən “Bazar Store” ərazisində aksiya keçirmişlər. Plastik qablardan, su və elektrikdən səmərəli istifadə edən alıcılara özlərinin əl ilə tikdikləri ( köhnə cins şalvar, çətirlərdən) çantaları hədiyyə etmişlər və həmən ərazini 1 gün ərzində təbiəti qorumağa səsləyən informativ plakatlarla bəzəmişlər. Yol Polisləri ilə görüşlər təşkil edərək Qazax rayonunun ekologiyasını qorumaq xatirinə “Qazax bir gün maşınsız” təklifini irəli sürmüşlər və hazırladıqları fəaliyyət planını təqdim etmişlər.

15.02.2025 –ci il tarixində Yaşıl dünya naminə bir komandada birləşən layihə iştirakçıları Qazax şəhər İ. Qayıbov adına 3 saylı tam orta məktəbində keçirilən “Mən qorxuya qalib gəldim” layihəsi ilə birgə aksiya keçirdi. Aksiya Qazax şəhər İ. Qayıbov adına 3 sayli tam orta ümumtəhsil məktəbindən başlayaraq, Qazax şəhər Polis idarəsinədək 2, 5 km.lik məsafəyədək piyada yürüş keçirildi. Yürüşdə plakat və velosipedlərlə gəlmiş şagirdlər Qazax əhalisinə bir daha maşından az istifadə etməyi, ölkəmizi, dünyamızı çirkləndirməməyə, tullantıların sayını azaltmağa və əlbətdə ki digər layihəyə dəstək olaraq bulinqsiz həyata səslədilər. Layihədə 100 nəfərədək şagird, müəllim və valideyinlər iştirak etdilər.Maşınsız yollarla irəliyən şagirdlər daha inamla bulinqə, çirklənməyə yox dedilər. Aksiyadan sonra öz təəssüratlarını bölüşən şagirdlərimiz bu günü nəinki bir ömür boyu unutmayacaq, eyni zamanda bir ömür boyu insanları bu amal uğrunda səsləyəcəklərini bildirdilər. Afərin dəyərli komandamız. Biz buna nail olduq.