"Yaşıl Gələcək" mövzusunda xaricdəki azərbaycanlılara genişmiqyaslı onlayn görüş təşkil edilib

"Beynəlxalq Əlaqələr və Elmi Araşdırmalar" İctimai Birliyi, "Qarabağın Tərəqqisi Naminə" İctimai Birliyi ilə əməkdaşlıq edərək, "Yaşıl Gələcək" mövzusunda xaricdə yaşayan azərbaycanlılar üçün genişmiqyaslı onlayn görüş təşkil edib.

Bu görüş zamanı iştirakçılara yaşıl texnologiyalar və ekoloji davamlılıq mövzusunda ətraflı məlumatlar təqdim olunub. Həmçinin, yaşıl dünyanın inkişafı və onun cəmiyyətlərə təsiri ilə bağlı müxtəlif müzakirələr aparılıb. Müzakirələr zamanı iştirakçılar yaşıl texnologiyaların potensialı, onların Azərbaycanda və dünyada tətbiqi, və bu sahədə olan perspektivlər barədə öz fikirlərini bölüşüblər. Tədbir, yaşıl gələcək mövzusunda maarifləndirmə və azərbaycanlı icmalar arasında davamlı əlaqələrin qurulması məqsədilə böyük əhəmiyyət kəsb edib. Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.