Müasir dünyanın əsas müzakirə mövzusu yaşıl enerjiyə keçid və bu yöndə səylərin artırılmasıdır. Bu keçid nəinki ekologiyanın qorunması hətta bir sıra innovativ yeniliklər gətirəcək və bu addımların bir amalı var planetin qorunması. Azərbaycanın bu istiqamətdə atdığı addımların nəticəsidir ki, Bakımızda bu istiqamətdə bir sıra mötəbər tədbirlər keçirilir, COP 29-a hazırlıq uğurla davam etdirilir. Prezident İlham Əliyevin “Euronews”a müsahibəsi və bu müsahibədə səslənən fikirlər ölkəmizin bu mötəbər tədbirə necə böyük önəm verdiyini bir daha nümayiş etdirmiş oldu. Cənab Prezident müsahibəsində Azərbaycanın bərpaolunan enerji sahəsində gördüyü işlər, bu yöndə fəaliyyət göstərən şirkətlərlə əmkdaşlıq məsələlərinə toxundu. “Masdar” şirkəti ilə əməkdaşlıqdan danışan dövlət başçısı sözügedən şirkəti strateji tərəfdaş kimi bundan sonra da uğurlu əmkdaşlıq ediləcəyini qeyd etdi: “Ötən ilin oktyabrında biz 230 meqavatlıq ilk Günəş enerjisi stansiyasının açılışını etdik. Ümumi gücü 1 qiqavat olan üç Günəş və külək enerjisi stansiyalarının təməlqoyma mərasimini keçirdik. Bu, yalnız başlanğıcdır, çünki biz orta perspektivdə 10 qiqavata və 2030-cu ilədək 5 qiqavata qədər gücü əhatə edən bütün müqavilələri və anlaşma memorandumlarını icra etməyi planlaşdırırıq. Hədəfimiz belədir. Potensial var”.
Ümumiyyətlə Azərbaycanın COP29 kimi mötəbər bir tədbirə ev sahibliyi etməyi ölkəmizin ətraf mühitin qorunması, iqlim dəyişmələrinin qarşısının alınması işinə töhfəsidir. Ölkə başçısının müvafiq Sərəncamı ilə elan edilmiş “Yaşıl dünya naminə həmrəylik ili”nin ətraf mühitin mühafizəsi sahəsində birgə təşəbbüslərin reallaşdırılması üçün əlverişli fürsət ili olacaq.
Mətanət Səfərli
YAP Nəsimi Rayon Təşkilatının əməkdaşı