Yeni Azərbaycanla möhtəşəm qələbələrə doğru!

2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası tərəfindən 43 saylı Sumqayıt ikinci seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Tahir Mirkişilinin Sumqayıt şəhər Uşaq İncəsənət Məktəbində seçicilərlə görüşü keçirilib.

Tədbirdən öncə Ümummilli Lider, müasir müstəqil Azərbaycan dövlətinin banisi, Yeni Azərbaycan Partiyasının qurucusu Heydər Əliyevin abidəsi ziyarət edilib, abidənin önünə gül dəstələri düzülüb.

Görüşdə əvvəlcə Dövlət Himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olan şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Görüşü giriş sözü ilə açan Sumqayıt şəhər təşkilatının sədri Ramiz Hüseynov partiyamızın bu seçkilərdə qələbə qazanacağına əmin olduğunu bildirib. R.Hüseynov parlament seçkilərinin ilk dəfə olaraq ölkəmizin bütün ərazilərində keçirilməsinin əhəmiyyətini vurğulayıb.

Daha sonra Tahir Mirkişilinin əvvəlki fəaliyyət dövründən bəhs edən video-çarx nümayiş olunub.

Ulu Öndər Heydər Əliyevin qurucusu olduğu YAP-ın üzvü olaraq seçkilərdə namizəd kimi iştirak etdiyi üçün fəxarət hissi keçirdiyini bildirən Tahir Mirkişili isə bildirib ki, partiya yarandığı vaxtdan bu günədək azərbaycançılıq ideologiyası və müstəqillik prinsipi ilə böyük uğurlar əldə edib. YAP-ın seçkilərə “Yeni dövrə yeni Azərbaycanla!” şüarı ilə getdiyini deyən deputatlığa namizəd partiyamızın və dövlətimizin bu hədəfə nail olacağına əminliyini ifadə edib.

Çıxış edənlər daha güclü Azərbaycan naminə seçiciləri parlament seçkilərində YAP-ın namizədinə səs verməyə çağırıblar.

Öz növbəsində çıxış edən seçicilər də 1 sentyabr seçkilərində YAP-ın namizədinə səs verəcəklərini vurğulayıblar.

Görüş zamanı seçicilərin təklifləri dinlənilib, onları maraqlandıran suallar cavablandırılıb.