Yeni nazir müavinləri kimdir? - SİYAHI

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin sərəncamları ilə, İlqar Əbülfəz oğlu Qasımov, Nadir Azər oğlu Zeynalov və Rasim Miskin oğlu İsmayılov səhiyyə nazirinin müavinləri təyin olunublar.

Sabahinfo.az yeni nazir müavinləri haqqında məlumatları təqdim edir:

İlqar Qasımov - 1994-cü il tarixdə Priorov adına Moskva şəhərinin Mərkəzi Travmatologiya İnstitutunda tibb elmləri namizədliyi, 1996-cı ildən 2000-ci il tarixədək Moskva şəhərinin Mərkəzi Travmatologiya İnstitutunda doktoranturada olmuş və tibb elmləri doktoru elmi dərəcəsini almışdır. 2000-ci il tarixdən 2004-cü il tarixə kimi Moskva şəhərinin Priorov adına Moskva ETTOİ-da İri oynaqların artroplastikası və endoprotezləşdirilməsi şöbəsində baş elmi işçi vəzifəsində, 2004-2006-cı il tarixə kimi Rusiya Tibb Akademiyasının Diplomdan sonrakı Təkmilləşdirmə İnstitutunda Travmatologiya və Ortopediya kafedrasının elmi işçisi, 2006-cı il tarixdən 2017-ci il tarixədək Bakı şəhərinin bir neçə özəl klinikalarında fəaliyyət göstərib.

Nadir Zeynalov - Səhiyyə nazirliyinin aparat rəhbəri olub. O, bir müddət öncə vəzifəsindən azad edilmişdi.

Rasim İsmayılov isə Muğanbank ASC-nin İdarə Heyəti sədrinin müavini vəzifəsində çalışıb. O, 2017-ci ildə işdən çıxıb. R.İsmayılov 2018-ci ilin oktyabr ayından Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Maliyyə baş idarəsinin rəis müavini vəzifəsində işləyib.(unikal)