Yevlaxda “Heydər Əliyev ili” çərçivəsində növbəti tədbir keçirilib

Yevlax Şəhər İcra Hakimiyyətinin, YAP Yevlax rayon təşkilatının və SHXÇDX-nin Yevlax rayon şöbəsinin birgə təşkilatçılığı ilə “Heydər Əliyev ili” çərçivəsində rayonun Gülövşə kəndindən olan şəhid Cəfərov Anar Müstəqim oğlunun medalının onun ailə üzvlərinə təqdim edilməsinə həsr edilmiş tədbir keçirilib. 

Sabahinfo.az xəbər verir ki, tədbirdə Yevlax Şəhər İcra Hakimiyyətinin Vətən müaribəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Xaliq Əliyev, YAP Yevlax rayon təşkilatının sədr müavini Tural İsmayılov, SHXÇDX-nin Yevlax rayon şöbəsinin rəisi Samir Qurbanov və Şəhid ailəsinin nümayəndələri iştirak ediblər.

Tədbirdə çıxış edənlər Azərbaycan Prezidenti, Müzffər Ali Baş Komandan cənab İlham Əliyevin peşəkar rəhbərliyi ilə yenilməz Ordumuzun rəşadəti hesabına Vətən müharibəsində  əldə etdiyimiz parlaq Qələbədən geniş bəhs edərək, vurğulayıblar ki, bu gün Şəhid ailəsinin nümayəndələrinə, qazilərə, müharibə iştirakçılarına xüsusi diqqət və qayğının göstərilməsi dövlət siyasətimizin prioritet istiqamətlərindən biridir. Qeyd edilib ki, Azərbaycan xalqı və dövləti var olduqca Şəhidlərimizin xatirəsi də daim ehtiramla yad ediləcək, əziz tutulacaq. 

Azərbaycan Ordusunun hərbi qulluqçusu, rayonun Gülövşə kəndindən olan Cəfərov Anar Müstəqim oğlu Kəlbəcər rayonu ərazisində xidməti vəzifəsini icra edərkən şəhadətə ucalıb. Şəhid Anar Cəfərovun Müdafiə Nazirliyinin müvafiq Əmri ilə təltif olunduğu “Şücaətə görə”medalı övladına təqdim edilib, xatirə şəkilləri çəkilib. 

Şəhid ailəsinin nümayəndələri onlara göstərilən xüsusi diqqət və qayğıya görə Ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.