YAP Yevlax rayon təşkilatının inzibati binasında Ümummilli Lider Heydər Əliyevin 100 illiyi münasibətilə “ Heydər Əliyev-Zəfərə gedən yolun başlanığıcı” mövzusunda keçirilən tədbirdə Yevlax Şəhər İcra Hakimiyyətinin başçısı Anar Tağıyev, YAP Yevlax rayon təşkilatının sədri Rafiq Əliyev, Şəhid ailəsinin nümayəndələri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Əvvəlcə müstəqil müasir Azərbaycanın qurucusu Ulu öndər Heydər Əliyevin və torpaqlarımızın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olmuş Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş nitqi ilə açan YAP Yevlax rayon təşkilatının sədri Rafiq Əliyev qeyd etdi ki, Ümummilli Lider Heydər Əliyev cismən bizləri tərk etsə də, vəfatından ötən müddət ərzində bu ada duyulan hörmət və məhəbbət bizlərə dünya miqyasında tanınmış dahi bir şəхsiyyətin həmvətəni olduğumuzun qürurunu yaşadır.Bu gün insanlar tarixi vərəqlədikcə Heydər Əliyev zəkasının, düşüncəsinin, müdrikliyinin böyüklüyünü bir daha hiss edir, Ümummilli Liderin respublikamız, xalqımız üçün misilsiz xidmətlər göstərdiyinin şahidi olurlar. Dahi Heydər Əliyev məhvə doğru gedən Azərbaycanı uçurumun kənarından xilas edib, güclü inkişaf yoluna çıxarmaqla xalqımız böyük xilaskarına çevrilmişdir. Qədirbilən xalqımız dahi şəxsiyyətin xidmətlərini əsla unutmur, Onun xatirəsini ehtiramla yad edib, ucadan-uca tutur. 44 günlük Vətən müharibəsində qazandığımız möhtəşəm Qələbə Heydər Əliyev ideyalarının əbədi olaraq yaşadığını bir daha sübuta yetirmiş oldu. Möhtərəm Prezident, Ali Baş Komandan cənab İlham Əliyevin peşəkar rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun müstəqil dövlətimizə və xalqımıza qazandırdığı bu tarixi Zəfər məhz Ulu öndər Heydər Əliyevin müstəqil dövlətçilik ideallarının böyük təntənəsidir.
Tədbirdə çıxış edən Yevlax İcra Hakimiyyətinin başçısı Anar Tağıyev bildirdi ki, Möhtərəm Prezident cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə “ 2023-cü il- Heydər Əliyev İli” elan olunmuşdur. Bu münasibətlə ölkəmizin bütün bölgələrində olduğu kimi Yevlaxda da silsilə tədbirlər, konfranslar keçirilir və bu da məhz Azərbaycan xalqının böyük oğlu, unudulmaz parlaq siması olan Dahi Heydər Əliyevin şərəfli həyat yolunun, Onun siyasi fəaliyyətinin təbliğ olunmasına xidmət göstərir. Ulu Öndər Heydər Əliyev Azərbaycan xalqının qurtuluşuna imza atan, dövlətimizi məhv olmaq təhlükəsindən xilas edən dahi şəxsiyyətdir. Ötən zaman kəsiyində Ulu öndər Heydər Əliyev kimi nadir siyasətçinin xalqı və ölkəsi üçün etdikləri, canı, həyatı bahasına nail olduğu işlər, göstərdiyi xidmətlər bir-bir gözlərimizin önündən keçir. Bu xidmətlər o qədər böyükdür, bu işlər o qədər ölçüyəgəlməzdir ki, bütün bunları bir yazıya sığdırmaq, bir yazıda əhatə etmək əlbəttə ki, imkansızdır. Xalqının qurtuluşuna imza atan, ölkəsini parçalanmaq, dünya xəritəsindən yox olmaq təhlükəsindən qurtaran bir Dahi-Xalqının təkidləriylə, tələbiylə bir Simurq quşu kimi Vətəninin səmasında qanad açan, xalqının köməyinə tələsən böyük siyasət adamı, nəhəng bir siyasi xadim olan Ulu öndərimiz Heydər Əliyev olmasa idi məhz bugünkü müstəqil Azərbaycan da var olmayacaqdı. Bugün Ümummilli Liderin müdrik, əbədiyaşar ideyaları Dövlətimizin başçısı, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin düzgün və məqsədyönlü siyasətində əks olunur.Biz 2003-cü ildən bu günədək keçilən yola nəzər salsaq Ümummilli Liderin siyasi kursunun uğurla davam etdiyini görərik. Ölkə Prezidenti cənab İlham Əliyev qısa bir müddətdə ölkəmiz naminə saysız-hesabsız uğurlara imza atdı. Zəfər Zirvəsi olan, möhtəşəm Qələbə ilə nəticələnən 44 günlük Vətən müharibəsi şanlı tariximiz oldu. O uğurlar böyük qələbələrin estafeti kimi bu gün də davam edir və xalqımızı xoşbəxt gələcəyə doğru aparır. Qeyd edilib ki, dahi Heydər Əliyevin və Zəfər yolunda qəhrəmanlıq göstərmiş igid oğullarımızın əziz xatirəsi Azərbaycan xalqının qəlbində əbədi olaraq yaşayacaqdır.
Daha sonra mövzu ətrafında səmimi söhbət aparılıb, Şəhid ailəsinin nümayəndələri öz yaşadığı əvvəlki dövrlə müqayisədə bugünkü Azərbaycanın daha güclü, daha qüdrətli olduğunu diqqətə çatdırmaqla, bildiriblər ki, müstəqil Azərbaycan məhz Ulu öndər Heydər Əliyevin xalqımıza əmanət etdiyi ən böyük mirasdır. Bizim övladlarımız bu mirası qorumaq, saxlamaq üçün Vətən uğrunda canlarını fəda edərək, ən yüksək mərtəbəyə-Şəhidlik zirvəsinə ucalmışdır. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə bugün ölkəmizdə sabitlik hökm sürür, insanlar firavan yaşayır. Şəhid ailəsinin nümayəndələri onlara göstərilən xüsusi diqqət və qayğıya görə Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıq hissini ifadə edib, daim Ulu öndər ideyalarına əsaslan bu müdrik siyasətin ətrafında sıx birləşdiklərini diqqətə çatdırıblar.