Yevlaxda mikroavtobusla minik avtomobili toqquşub: Xəsarət alanlar var

Ağdaş-Mingəçevir marşrutu üzrə fəaliyyət göstərən mikroavtobus minik avtomobili ilə toqquşub, xəsarət alanlar var.

Sabahinfo.az-ın məlumatına görə, hadisə Xaldan-Mingəçevir yolunun Yevlax rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, Ağdaşdan Mingəçevirə sərnişin daşıyan “QAZel” markalı mikroavtobus digər nəqliyyat vasitəsi ilə toqquşub.

Qəza nəticəsində mikroavtobusda olan sərnişinlər, Ağdaş rayon sakinləri, 2001-ci il təvəllüdlü E.Əhmədova və onun həmyaşıdı A.Musayeva xəsarət alıblar.

Onların vəziyyəti qənaətbəxş hesab olunur.

Faktla bağlı araşdırma aparılır.(report)