Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 28 yeni yoluxma faktı qeydə alınıb, 19 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Sabahinfo.az verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən bir nəfər vəfat edib.
Azərbaycanda indiyədək ümumilikdə 828 320 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 818 090 nəfər müalicə olunaraq sağalıb, 10 102 nəfər vəfat edib, aktiv xəstə sayı 128 nəfərdir.
Ölkədə son sutka ərzində 932, hazırkı dövrədək isə 7 511 832 test aparılıb.