“Humayun” sosial problemlərin həllinə kömək ictimai birliyi ““Yurdum” sosial eko-kənd” layihəsinin icrasını uğurla davam etdirir.
28 may 2024-cü il tarixində “Yurdum” sosial eko-kənd” layihəsi nəzdində növbəti rəsm vörkşopu baş tutub.
Hörkşop layihə rəhbəri həkim və rəssam Firəngiz Hüseynovanın rəhbərliyi altında keçirilib.
Qeyd edək ki, vörkşopa xüsusi qayğıya ehtiyacı olan insanlar dəvət edilmişdi və keçirilməsinin əsas məqsədi benefisiarların yaradıcılıq qabiliyyətlərini inkişaf etdirmək, özünü ifadə etməyə təşviq etmək və sosial inteqrasiyanı gücləndirməkdir.
“Yurdum” sosial eko-kənd layihəsi çərçivəsində rəsm vörkşopu
“Humayun” sosial problemlərin həllinə kömək ictimai birliyinin sədri Firəngiz Hüseynova bildirib ki, incəsənət insanlara ünsiyyət qurmağa və bir-birinin dünyasına səyahət etməsinə dəstək olan güclü vasitədir.
Sonda isə “Yurdum”un sevillən üzvü İsmayılın hazırladığı dadlı kurabiyələrlə zəngin çay süfrəsində hər kəs öz fikir və təkliflərini bildirib.
Xatırladaq ki, “Yurdum” sosial eko-kənd layihəsi Humayun QHT tərəfindən həyata keçirilir və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Sosial Xidmətlər Agentliyi tərəfindən elan edilmiş “Əlilliyi olan şəxslərin cəmiyyətə inteqrasiyası və asudə vaxtlarının səmərəli təşkili” adlı tenderin qalibi olub.
Layihə nəzdində indiyədək 15 benefisiara gündəlik sosial xidmət göstərilir və onların cəmiyyətə inteqrasiyasına dəstək olmaq üçün bir sıra fəaliyyətlər təşkil edilir.