Yazıçı jurnalist Yusif Məhəmmədoğlunun "İsmayıllının Zəfər Şəhidləri" adlı kitabı çap olundu
Azərbaycan Yazıçılar Birliyinin və Jurnalistlər Birliyinin üzvü, Xəbərlər İnformasiya Agentliyinin Baş redaktoru tanınmış yazıçı jurnalist Yusif Məhəmmədoğlunun "İsmayıllının Zəfər Şəhidləri" adlı kitabı çap olunub.
Bildiyimiz kimi 2020- cil il sentyabrın 27 də Azərbaycan Ordusu "Dəmir yumruq" adlandırılan əməliyyatlara başladı. 44 gün davam edən Vətən müharibəsində otuz illik işğala son qoyuldu ərazi bütövlüyümiz təmin olundu. Müzəffər Ali Baş Komandanın qətiyyəti və rəşadətliorsumuzun şücaəti sayəsində doğma Qarabağımız erməni işğalımdan azad edildi.
Şanlı Qələbənin qazanılması, işğal altında olan torpaqlarımızın azadlığı yolunda qəhrəman zabit, gizir və əsgərlərimizdən şəhidlərimiz də oldu qazilərimiz də. Vətən müharibəsində İsmayıllıdan 830 nəfər könüllü iştirak etmiş, cəngavərlikləri ilə Azərbaycanın yeni, şanlı Zəfər salnaməsinə öz adlarını Qızıl hərflərlə yazdırdılar. Yusif Məhəmmədoğlunun çap olunmuş "İsmayıllının Zəfər Şəhidləri" kitabında 44 günlük Vətən müharibəsində canlarını ölkəmizin ərazi bütövlüyü uğrunda fəda etmiş İsmayıllı Şəhidlərindən, onların keçmiş olduğu şərəfli döyüş yolundan və Qəhrəmanlıqlarından bəhs edilir. Kitab " Zərdabi Nəşr" MMC Nəşriyyat Poliqrafiya Müəssisəsində çap olunub.