Zaqatala YAP 33 

Yeni Azərbaycan Partiyası Zaqatala rayon təşkilatının 33 illiyi qeyd olundu.

Milli Məclisin deputatı Asif Əsgərovun iştirakı ilə Zaqatala Rayon Heydər Əliyev Mərkəzində Yeni Azərbaycan Partiyası Zaqatala rayon təşkilatının təsis olunmasının 33-cü ildönümünə həsr olunmuş tədbir keçirilib.

Tədbirdən öncə müasir, müstəqil Azərbaycan dövlətinin qurucusu, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin abidəsi ziyarət olunub, önünə gül dəstələri qoyularaq əziz xatirəsi ehtiramla yad edilib.

Daha sonra tədbirdə Ulu Öndər Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü, suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib,partiyanın uğurlu fəaliyyətini əks etdirən videoçarx nümayiş olunub.

Tədbirdə YAP Zaqatala rayon təşkilatının sədri Fərid Ramazanov, Milli Məclisin deputatı Asif Əsgərov, Zaqatala Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Tofiq Əhmədov, YAP Mərkəzi Aparatının məsul əməkdaşı Araz Salmanov, YAP Qax rayon təşkilatının sədri Natiq Allahverdiyev, partiya veteranı Tahir Məmmədov və partiya fəalı Ədalət Qurbanova çıxış ediblər.

Çıxış edən Milli Məclisin deputatı Asif Əsgərov bildirib ki, Yeni Azərbaycan Partiyası tarixi zərurətdən irəli gələrək yaradılıb və qısa müddətdə ümumxalq partiyasına çevrilib. Deputat vurğulayıb ki, Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu siyasi xətt bu gün Prezident, YAP-ın Sədri İlham Əliyev tərəfindən uğurla davam etdirilir.Bu siyasi kurs nəticəsində ölkəmizdə ictimai-siyasi sabitlik təmin olunub, Azərbaycan beynəlxalq aləmdə mövqeyini daha da möhkəmləndirib. 

O, həmçinin YAP Zaqatala rayon təşkilatının partiyanın ideya və prinsiplərinə sadiq qalaraq dövlətçilik ənənələrinin qorunması və milli maraqların müdafiəsi istiqamətində fəal fəaliyyət göstərdiyini diqqətə çatdırıb.

Daha sonra Yeni Azərbaycan Partiyasının sıralarına yeni qəbul olunmuş üzvlərə partiya vəsiqələri təqdim olunub. Rayonun ictimai-siyasi həyatında fəallığı ilə seçilən bir qrup şəxsə Milli Məclisin deputatı Asif Əsgərov tərəfindən hədiyyələr təqdim edilərək onların partiya sıralarında daha fəal olmalarının vacibliyini vurğulayıb.

Tədbir Yeni Azərbaycan Partiyasının Himninin səsləndirilməsi ilə başa çatıb.