“Zəfər klubu”nun növbəti görüşü keçirilib

Təhsildə inkişaf və innovasiyalar üzrə V qrant müsabiqəsinin qaliblərdinən biri olan Vətən Müharibəsi iştirakçısı, şair Emin Piri “Zəfər klubu” layihəsi çərçivəsində növbəti görüşü keçirib.

Görüş Xızı rayonu Türkoba kənd ümumi orta məktəbində keçirilib. Görüş zamanı Vətən Müharibəsinin gerçək tərəflərindən danışılıb, “Zəfər klubu” haqqında məlumatlar verilib. Yaradıcı şagirdlərin hekayələrinin üzə çıxarılması barədə fikir mübadiləsi aparılıb.