Bakı şəhəri Sabunçu rayonu 295nömrəli tam orta məktəbdə "Zəfər tarixində Azərbaycan qadınının rolu" dəyirmi masa keçirildi. Tədbirdə Sabunçu İcra Hakimiyyəti başçısının müavini Rəna Fərəcova MN nin Qadınlar və hərbi qulluqçuların ailələri ilə iş üzrə şöbə rəisi Zümrüd Səmədova, Regional hüquqi və iqtisadi maarifləndirmə İctimai Birliyinin sədri Arzu Bagırova, Sabunçu YAP təşkilatının qadınlar şurasının sədri Ramidə İbrahimova, Şəhid həyat yoldaşı Vüsalə xanım, Sabunçu rayonunda fəaliyyət göstərən 255, 209, 130 nömrəli məktəbin direktorları, müəllimlər, Qazilər , məktəbin şəhidlərinin valideynləri iştirak edib.
Tədbirdə çıxış edən natiqlər 44 günlük Zəfər müharibəsindən danışıb. Bu müharibədə Ali Baş Komandanın rərbəhliyi altında Müzəffər Ordumuzun əldə etdiyi nəaliyyətlərə toxunulub. Əldə olunan qələbənin əhəmiyyəti barəsində fikir mübadiləsi aparılıb. Sond " Zəfərin mübarək Azərbaycan "adlı bədii kompozisiya göstərilib.