Ukrayna prezidenti Vladimir Zelenski İtaliyanın baş naziri Mario Draqi, Almaniya kansleri Olaf Şolts, Fransa prezidenti Emmanuel Makron və Rumıniya prezidenti Klaus Yohannis ilə görüşüb.
Sabahinfo.az xəbər verir ki, bu barədə Ukrayna mediası məlumat yayıb.
Xatırladaq ki, bu gün, iyunun 16-da İtaliyanın baş naziri Mario Draqi, Almaniya kansleri Olaf Şolts və Fransa prezidenti Emmanuel Makron Kiyevə gəliblər.
Daha əvvəl bildirilmişdi ki, Avropa ölkələrinin liderləri Ukraynanın Aİ-yə namizədini “daşıyırlar”.