Zelenski ilə hərbçilər arasında münaqişə var - Arestoviç

Ukrayna Prezidenti Vladimir Zelenski ilə hərbçilər arasında münaqişə var.

Sabahinfo.az xəbər verir ki, bunu Ukrayna Prezident Ofisi rəhbərinin keçmiş müşaviri Aleksey Arestoviç “El Mundo” nəşrinə müsahibəsində deyib.

“Prezidentin çıxışı ona ünvanlanan tənqidlərə görə getdikcə daha emosional hal alır. Onun siyasəti effektli deyil. Əsas səbəb uğursuz əks-hücumdur. Qərbin yardımlarından da düzgün istifadə edilmir”, - Arestoviç bildirib.

Arestoviç baş komandan Valeri Zalujnının Ukraynadakı münaqişənin dalana dirəndiyi ilə bağlı açıqlaması ilə razı olduğunu deyib:

“İndi elə bir vəziyyətlə üzləşmişik ki, baş komandan müharibə və qələbə perspektivləri haqqında bir şey deyir, prezident isə tamam başqa şey. Bu, normal bir vəziyyət deyil. Bizə inam lazımdır”.