Ukrayna prezidenti Vladimir Zelenski Ukraynın Kurskda həyata keçirdiyi əməlliyatlarla bağlı danışıb.
Sabahinfo.az-ın məlumatına görə, o bu barədə açıqlamasında qeyd edib ki, əməliyyatlar ən yüksək formada davam edir:
“Kursk əməliyyatındakı hərbçilərimiz öz vəzifələrini yerinə yetirir və planlaşdırıldığı kimi davam edir. Pokrovski və Toretsk istiqamətindəki çətinliklərə gəlincə, düşünürük ki, Kursk əməliyyatı da buna təsir edə bilər".
Rusiyanın məqsədinin Donetsk və Luqansk bölgələrini tamamilə işğal etmək olduğunu və buna görə də orada ən hazırlıqlı hərbi hissələrini yerləşdirdiyini deyən Zelenski Rusiya ordusunun son iki gündə Pokrovsk şəhərinə doğru heç bir irəliləyiş əldə etmədiyini bildirib.