Türkiyə Prezidenti Rəcəp Tayyib Ərdoğan Kahramanmaraşa səfər edib.
Sabahinfo.az xəbər verir ki, Türkiyə lideri zəlzələdən əziyyət çəkmiş insanların Antalya, Alanya və Mersində müqaviləli hotellərdə qala biləcəyini bildirib.
"Vətəndaşlarımız burada qalmaq istəsə, adamlarımızı bu vilayətlərdəki hotellərə yerləşdirə bilərik. Hotellərdə bütün ehtiyaclarınızı qarşılayacağıq. Bu addımla işimizi xeyli asanlaşdıra biləcəyik" deyə Ərdoğan bildirib.