Zərifə xanım Əliyevanın nəcib xüsusiyyətlərindən biri də öz bildiklərini ətrafdakılara, tələbələrinə böyük sevgi ilə öyrətməsi idi.
Belə bir məşhur fikir var: “Qadın heç vaxt batmayan Günəşdir”. Hər kəs bu sitatı özünəməxsus şəkildə başa düşə bilər. Kimsə ananın əllərinin istiliyini, evdəki qayğı və rahatlığı xatırlayır. Kimsə qadınların yorulmazlığını, çoxşaxəliliyini və iş qabiliyyətini düşünür. Çünki qadınlar ailədə kövrək çiyinlərinə düşən bütün məsuliyyətlərlə yanaşı, ictimai həyatda şöhrət də qazanırlar. Elmdə və gündəlik həyatımızın digər sahələrində qazandıqları uğurlar onlara parlaqlıq və gözəllik gətirir.
Tariximizə müraciət etsək belə unudulmaz qadınlarımıza saysızdır. Azərbaycanın tarixi şəxsiyyətlərinin analarının, həyat yoldaşlarının və qızlarının adları böyük ehtiramla anılır. Bu, Qətibaxanım – Qızıl Arslanın (Eldəniz-Atabəyov dövlətinin hökmdarı) arvadı və Mehrcanxanım – Özbək xanın arvadı (Eldəniz-Atabəyov dövlətinin hökmdarı), Sara Xatun – Uzun Həsənin (Akqoyunlu dövlətinin hökmdarı) anasıdır. və Mehinbanu – Şah İsmayıl Xətainin (Səfəvilər dövlətinin banisi) qızı, Pəri Xanım – Şirvanşah Xəlilullahın (Şirvanşahlar dövlətinin hökmdarı) arvadı və Heyransa Bəyim – Şah Abbasın (Səfəvilər dövlətinin hökmdarı), Tutu Bikə – həyat yoldaşı XVIII əsrin ikinci yarısında Dərbənd hakimi Fətəli xanın (Quba xanlığının hökmdarı).
Aprelin 15-i belə məşhur qadınlardan biri olan akademik Zərifə Əziz qızı Əliyevanın anım günüdür. 1923-cü il aprelin 28-də Naxçıvan Muxtar Respublikası Şərur rayonunun Şahtaxtı kəndində anadan olmuş Zərifə Əliyeva öz həyatını səhiyyə elminin inkişafına həsr etmişdir.
Zərifə xanım Əliyeva ömrünün 62-ci baharında, 1985-ci il aprelin 15-də Moskva şəhərində dünyasını dəyişib. 1994-cü ildə Zərifə xanım Əliyevanın cənazəsi Bakıya gətirilərək, Fəxri Xiyabanda dəfn olunmuşdur.
Tarixən Azərbaycanda qadınların ictimai-siyasi, elmi həyatda fəaliyyəti üçün hər bir şərait olub. Hələ bir əsr əvvəl Azərbaycan qadınları ölkəmiz üçün vacib olan məsələlərdə daimi iştirak ediblər. Azərbaycan qadınının cəmiyyətdəki rolu yüksək təqdir olunur. Çox müsbət haldır ki, kişilərin üstünlük təşkil etdiyi bir çox sahələrdə uğur qazanmış qadınların da olması gözəl nümunəsidir.
Azərbaycan qadını hər zaman ölkənin zəngin tarixində, elmi sahəsində və mədəniyyətində mühüm rol oynayıb. Bu baxımdan akademik Zərifə Əliyevanın elmi və ictimai fəaliyyəti örnək xarakteri daşıyır.
XX əsrin qırxıncı illərinin sonunda Azərbaycanda gözü zədələyən və ağır nəticəyə, hətta tam korluğa səbəb olan traxoma infeksion xəstəliyi geniş yayılmışdı. Ona görə də bu infeksiya və onun ağır nəticələri ilə effektiv mübarizə təkcə oftalmologiya elmi üçün deyil, bütövlükdə respublikanın səhiyyəsi üçün mühüm əhəmiyyət daşıyırdı. Belə bir dövrdə Zərifə xanım traxoma xəstəliyinə qarşı aparılan müalicəvi və profilaktik tədbirlərin təşkilində və keçirilməsində fəal iştirak edir, Azərbaycanda traxoma xəstəliyinin daha geniş yayıldığı rayonlara gedir, həkim-oftalmoloqlara məruzələr oxuyur.
Zərifə xanımın elmi fəaliyyəti ömür-gün yoldaşı, Ulu öndər Heydər Əliyev belə qiymətləndirib: “Zərifə xanım çox böyük alim olub. Mən hələ onunla həyat quranda o, artıq elm yolunda idi, elmlə məşğul idi. Onun elmi fəaliyyəti məlumdur. O, çox istedadlı, çox xeyirxah, çox sadə insan idi. Mən bu barədə çox danışa bilərəm, ailəmin yaşaması, bu günlərə çatması, övladlarımın tərbiyəsi üçün və həyatımda onun əvəzsiz rolu üçün mən bu gün Zərifə xanımın məzarı qarşısında baş əyirəm. Mənim övladlarım da bu əhvalı-ruhiyyədədirlər. Onlar bu əhvalı-ruhiyyə ilə tərbiyələniblər, formalaşıblar. Ona görə də bu gün bizim üçün müqəddəs gündür”.
Zərifə xanımın nəcib xüsusiyyətlərindən biri də öz bildiklərini ətrafdakılara, tələbələrinə böyük sevgi ilə öyrətməsi idi. O, milli kadr hazırlığı prosesində fəal iştirak etmişdir. Z.Əliyeva səhiyyədə kadr hazırlığına və həkimlərin ixtisasının təkmilləşdirilməsinə gərgin əmək sərf etmişdir. Alimin birbaşa rəhbərliyi altında cavan alimlərin və həkim-oftalmoloqların böyük bir nəsli yetişmişdir.
Zərifə xanım tələbələrinə zəngin həyat təcrübəsini öyrətmiş, onlara diqqət və qayğı ilə yanaşmışdır. Zərifə xanım heç zaman gərgin işdən usanmamış, ürəkdən və ilhamla çalışmışdır. Zərifə xanımın həkim kimi fədakarlığı, yüksək vətəndaşlıq məsuliyyəti, səmimiliyi və qayğıkeşliyi, insanlara və onların problemlərinə göstərdiyi diqqət, fəal həyat mövqeyi ona həmkarlarının, yetirmələrinin və xəstələrinin dərin hörmətini qazandırmışdır. Bu gün də onun iş yoldaşları, tələbələri bu haqda çox böyük ehtiramla danşırlar.
Akademik Zərifə xanım Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin məsləhətçi- həkimi Həyat Əfəndiyevanın xatirələrini qeyd etməyimiz yerinə düşər: “Mənim Zərifə xanımla ilk görüşüm 1964-cü ildə olub. Ordinaturanı bitirən gənc mütəxəssis kimi Zərifə xanımın qayğısını mən də hiss etmişəm. Onunla 20 il bir yerdə çalışmışıq. Zərifə xanımın bizlərə daimi tövsiyəsi bu idi: “Göz ən zərif və həssas orqan olduğu üçün müalicəsi də xüsusi diqqət, ehtiyatlı davranma, məsuliyyət tələb edir.”
Deyirdi ki, azacıq ehtiyatsızlıq xəstənin ümidlərini əbədi sondürə bilər. Bakıda məişət kondisionerləri zavodunda yaratdığı laboratoriya demək olar ki, onun ikinci iş yeri idi. Müəssisədə işləyənlər arasında qadınlar çoxluq təşkil etdiyindən daha diqqətlə çalışırdı”.
Ötən il Zərifə Əliyevanın 100 illiyi böyük ehtiramla qeyd edilmişdir. Bu məqsədilə Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı imzalanmışdır. Sərəncama əsasən ölkəmizdə və xaricdə Zərifə Əliyevanın elmi və ictimai fəaliyyəti ilə bağlı silsilə təbirlər təşkil olunmuşdur. Bu o deməkdir ki, Azərbaycan dövləti və xalqı öz dahi, tanınmış şəxsiyyətlərinə dəyər verir. Zərifə Əliyevanın böyüklü həm də ondadır ki, onun övladı Azərbaycan dövlətinin Prezidentidir. Prezident İlham Əliyev Zərifə xanım Əliyeva haqqında dediyi “O, həmişə mənim qəlbimdədir” sözləri çox böyük ehtiram nümunəsidir.
Zenfira Nurullayeva
Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin xor ixtisası üzrə müəllimi, Azərbaycan Respublikasının Əməkdar müəllimi