Polis əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı profilaktiki tədbirlər davam etdirilir.
Sabahinfo.az xəbər verir ki, bu istiqamətdə keçirilən növbəti tədbirlərlə Binəqədi rayon sakini məişət tullantılar olan qutudan tapdığı "Makarov" markalı tapançanı, ona aid daraq və 5 ədəd patronu rayon polis idərisinin 43-cü Polis Bölməsinə təhvil verib.