Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi “Zirvə” İslahatlara Dəstək Mərkəzi İB-inin həyata keçirdiyi “Korrupsiyaya qarşı mübarizəyə gənclər potensialının cəlb edilməsi” layihəsi çərçivəsində Abşeron Rayon İcra Hakimiyyətinin təşkilati dəstəyi ilə BDU-nun nəzdində İqtisadiyyat və Humanitar Kollecdə maarifləndirici tədbir keçirilib.
Tədbirdə Abşeron RİH-in hüquqşunası İlahə Eyvazova, Qida Təhlükəsizliyi Hərəkatının rəhbəri Məhsəti Hüseynova, QHT üzvləri, kollecin müəllim və tələbə kollektivi iştirak edib.
Maarifləndirici tədbirdə “Zirvə” İslahatlara Dəstək Mərkəzi İB-nin Elçin Axundzadı çıxış edərək bildirdi ki, layihənin məqsədi gənclərin fəal korrupsiya probleminin həlli istiqamətində innovativ iştirakının təmin edilməsi, onların yaradıcılıq potensialının səfərbər olunması və yeni nəslin anti-korrupsiya mədəniyyəti ilə tərbiyə olunmasıdır. Digər çıxış edənlər qeyd etdilər ki, xalqımızın ümummilli lideri Heydər Əliyev tərəfindən təməli qoyulmaqla Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla reallaşdırılan dövlət gənclər siyasətinə uyğun olaraq, dövlət orqanlarında gənclərin potensialından daha səmərəli istifadə etmək, gənclərin fəal iştirakına şərait yaratmaq, onlara peşə vərdişlərini aşılamaq və praktik biliklərini artırmaq, yaradıcı və innovativ potensialının üzə çıxarılmasını dəstəkləmək və ölkədə könüllülük hərəkatını inkişaf etdirmək lazımdır.
Sonda mövzu ilə bağlı kollecin müəllim və tələbə kollektivini maraqlandıran suallar cavablandırılıb,xatirə şəkilləri çəkilib.