Milli Məclisin komitə sədri Hicran Hüseynova seçicilərlə onlayn qəbul keçirib

41 saylı Sumqayıt birinci seçki dairəsindən deputat, Milli Məclisin komitə sədri Hicran Hüseynova seçicilərlə onlayn qəbul keçirib.

30 iyun 2021-ci il tarixdə Milli Məclisin Ailə, Qadın və Uşaq Məsələləri üzrə Komitəsinin sədri Hicran Hüseynova növbəti dəfə vətəndaşlarla onlayn qəbul keçirib, onların müraciətlərini dinləyib. 

Qəbulda onlayn şəkildə  ADA School məktəbinin şagirdi Rifah Zeynalovda qoşularaq Hicran xanıma öz təşəkkürünü bildirmiş və aldığı təhsil, qoşulduğu layhiələr və təşkilatlar haqqında məlumat bildirmişdir. Rifah Zeynalov məktəbin Tələbə Şurasının Vitse prezidenti, ADA magazine jurnalının xarici əlaqələr direktoru və bunlarla yanaşı Ailə, Qadın və uşaq problemlər üzrə dövlət komitəsi yanında Uşaq Səfirlər Məclisinin səfridir. Hicran xanım dərlərində uğurlar, gördüyü işlərdə müvəffəqiyyət arzulayaraq bu cür gənclərimlə fəxr etdiyini bildirib. Daha sonra isə Rifah Zeynalov ADA magazine jurnalını Hicran xanıma təqdim edib.

Onlayn qəbulda Sumqayıt şəhərindən şəhid olmuş Rzayev Nadirin anası Rzayeva Aynur xanım, 1-ci Qarabağ müharibəsi əlili Vüsal Nəzərov və 1- ci Qarabağ, Aprel döyüşləri və 2-ci Qarabağ döyüşlərinin iştirakçısı polkovnik leytenant Rafiq Məmmədov da iştirak edərək Hicran xanıma daim şəhid və qazi ailələri ilə maraqlanaraq diqqət mərkəzində saxladıqlari üçün öz təşəkkürlərini bildiriblər. Hicran xanım Hüseynova bizim onlara borclu olduğumuzu və hər zaman lazımi olan hər bir köməkliyi gösdərəcəklərini, şəhdi ailələri və qazilərimizin qayğısına qalacağını bildiriblər. 
Həmçinin onlayn qəbulda Sumqayıt şəhəri 10, 17 - ci mkr və Corat qəsəbəsinin sakinləri də iştirak edib və onları narahat edən məsələlərlə bağlı millət vəkilinə müraciət ediblər. 
Vətəndaşlar həm şəxsi problemləri, həm də yaşadıqları ərazidə mövcud ümumi məsələlərlə bağlı Hicran Hüseynovaya müraciət ediblər.
Qəbul zamanı vətəndaşlar tərəfindən səsləndirilən təklif və şikayətlər həll edilməsi üçün qeydə alınıb, bəzi məsələlərin isə müvafiq idarə strukturların nəzarətinə götürülməsi üçün tapşırıqlar verilib.