"Azərbaycan Respublikasının Milli Məclisi Avropa Parlamentinin 2025-ci il 18 dekabr tarixli qətnaməsini şiddətlə qınayır və bu qərəzli siyasi akta qəti etirazını bildirir".
Sabahinfo.az xəbər verir ki, bunu bəyənatı oxuyan deputat Şahin İsmayılov deyib.
"Yalan məlumatlar və saxta iddialar üzərində qurulan konkret cinayət əməllərinə siyasi don geyindirən bu sənəd qanun aliliyinə kölgə salmaq və məhkəmə proseslərinə kobud müdaxilə etmək üçün göstərilən uğursuz cəhdddir2, - deyə o bildirib.
Qeyd edək ki, Bəyanat Avropa Parlamentində dünən keçirilən dinləmə və saxta ittihamlarla dolu qəbul edilən sənədə qarşıdır.
***
Milli Məclis Avropa Parlamentinin qətnaməsi ilə əlaqədar bəyanat qəbul ediləcək.
Sabahinfo.az xəbər verir ki, Bəyanatın hazırlanması üçün parlamentdə komissiya yaradılıb.
Spiker Sahibə Qafarovanın təklifi ilə komissiyanın sədri: deputat Şahin İsmayılov, komissiyanın üzvləri: deputat Fəzail İbrahimli, deputat Bəhruz Məhərrəmov, deputat Zaur Şükürüov, deputat Pərvanə Vəliyeva təyin olunub.
***11:05
Milli Məclisin iclasının gündəliyi dəyişib.
Sabahinfo.az xəbər verir ki, bunu parlamentin bu gün keçirilən iclasında spiker Sahibə Qafarova deyib.
İclasın gündəliyinə "Azərbaycan Respublikası Milli Məclisinin Bəyanatının təsdiq edilməsi haqqında" məsələ daxil edilib.
Qeyd edilib ki, Bəyanat Avropa Parlamentində dünən keçirilən dinləmə və saxta ittihamlarla dolu qəbul edilən sənədə qarşıdır.