Aqil Məmmədov: "Növbəti uğurumuz Zəngəzur dəhlizi ilə bağlı oldu" - MÜSAHİBƏ

Milli Məclisin deputatı Aqil Məmmədov SABAHİNFO.AZ sayıtına müsahibə verib. O, müsahibəsində gündəmdə olan məsələlərə toxunub.Həmin müsahibəni təqdim edirik:

- Aqil müəllim Avropa İttifaqının prezidenti Şarl Mişelin iştirakı ilə Prezident İlham Əliyev və Nikol Paşinyanın görüşündə Ermənistan Azərbaycanın ərazi bütövlüyünü bu dəfə Avropa birliyi platformasında etiraf etdi. Azərbaycan diplomatiyasının bu uğurunu siz necə dəyərləndirirsiniz?

-14 mayda baş tutan Brüssel görüşü Azərbaycanın növbəti diplomatik uğuru sayılmalıdır. Fransa Prezidenti Makronun bu görüşlərdə vasitəçi kimi qatılma cəhtləri bu dəfə reallaşmadı. Bəllidir ki,Fransa danışıqlarda birmənalı şəkildə Ermənistanı dəstəkləyir və buna görə də Azərbaycan siyasi rəhbərliyi Fransanın bu cəhtlərinə qarşı qəti mövqe ortaya qoydu və Makronu danışıqlardan kənar saxladı.Görüşdə Şarl Mişel tərəfindən sərhədlərin delmitasiya və demokrasiya olunması gündəmdə olduğu bildirildi.Liderlər 1991-ci ilin “Alma-Ata” Bəyannaməsinə və Ermənistanın 29,800 kvadratkilometr və Azərbaycanın 86,600 kvadratkilometr ərazisinin toxunulmazlığına birmənalı sadiqlikliklərini təstiq etmələri Azərbaycan diplomatiyasının növbəti uğurudur.

Növbəti uğurumuz Zəngəzur dəhlizi ilə bağlı oldu. Avropa İttifaqının da, Şarl Mişelin simasında bu məsələdə də marağlı olduğunu bildik. Digər əsas məsələ isə dumana düşərək yolunu azıb əsir düşən əsgərlərimizin məsələsinin Şarl Mişel tərəfindən dilə gətrilməsi bu məsələnin həllini tapmasında bu istiqamətdə işlərin görulməsinə start verilməsinə zəmin yaradır. Düşünürəm ki, Ermənistan növbəti dəfə də üzərinə götürdyü öhtəliklərin icrasından boyun qaçırarsa Azərbaycan tərəfi 44 günlük Vətən Müharibəsində etdiyi kimi lazımı addımı atacaq.

-Azərbaycanın ərazi bütövlüyünün tanınması sizcə sülh sazişinə nə kimi təsir göstərəcək.

-Avropa İttifaqının danışıqlarda iştirakının davam etməsi Azərbaycanın bölgədəki siyasi marağlarına uyğundur və bu mənada Bürissel prosesinin davamını da uğurlu yekun, sülh sazişinin imzalanacağına ümid etmək olar. Azərbaycan lideri diplomatik bacarığı ilə Ermənistanın sülh sazişi üzrə konkret addımlar atmağa məcbur etdi.

- Dünyanın o cümlədən Azərbaycan ictimayətinin diqqəti Türkiyədəki seçkilərdədir.Sizcə qardaş ölkədə 13- cü prezident kim olacaq?

- Qardaş Türkiyədə baş verən bütün prosesləri biz diqqətlə izləyirik .Müşahidəyə əsasən Prezident və Parlament seçkiləri demokratik şəkildə keçdi.Parlament seçkiləri uğurla başa çatdı. Prezident seçkiləri isə 28 may tarixində ikinci tura qaldı. Mənim praqnozum belədir ki ,28 may bütün Türk xalqı yenə də səsçoxluğu ilə Rəcəb Tayyib Ərdoğanı yenidən Türkiyə Respublikasının Prezidenti seçəcək. Bu bizim üçündə çox önəmlidir. Türkiyə regionda və dünyada söz sahibidir və çox sürətlə hər sahədə inkişaf edir. NATO-da hərbi güc baxımından ikinci gücə çevrilir. Beynəlxalq məsələlərdə Türkiyə söz sahibinə çevrilib nümunə üçün Rusiya-Ukraniya müharibəsində Ukraniyadan Qaradəniz istiqamətində taxıl daşınmsında Türkiyənin rolu əvəzsis idi.Suriyadan gələn 4 milyon qaçqına qucaq açıb onlara yer verdi.Bu cür atdığı böyük addımların nəticəsidir ki, Türkiyə bu gün dünyada böyük nufuza malikdir.

- Aqil müəllim Kəlbəcər rayonundan olan vətəndaşları Milli Məclisdə təmsil edirsiniz.Maraqlıdır seçicilərinizin nə kimi problemləri var?

- Bəli, problemlər var, müraciətlər olunur. Bir çox müracətlər olunur. Əsasən Əlilliyin verilməsi yönündə müraciətlər, bacardığımız qədər qanuni muraciətlərin həllinə çalışırıq. Son zamanlar Qayıdışla bağlı müraciətlər, yaxud da azad olunmuş torpaqlarımıza ziyarətlə bağlı müraciətlər olur ki, bu da onların təhlükəsizliyi baxımından ziyarətlərinin hansı istiqamətindən aslı olaraq ya təmin edilir yaxud da bir az da səbirli olmaları töfsüyə olunur . Bu da həmin ərazilərin təhlükəli olduğu ilə bağlıdır. Biz bacardığımız qədər hər bir problemin həllinə çalışırıq.

Leyla Allahverdiyeva

SABAHİNFO.AZ sayıtının xüsusi muxbiri