AVRO-2024: Bu gün Türkiyə millisi Ermənistanla qarşılaşacaq 

Bu gün AVRO-2024-ün seçmə mərhələsinin V turunun növbəti oyunları keçiriləcək.

Sabahinfo.az xəbər verir ki, D qrupunda yer alan Türkiyə yığması Ermənistanla qarşılaşacaq. Matç Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.

Portuqaliya millisi Slovakiyanın qonağı olacaq, Gürcüstan isə İspaniyanı qəbul edəcək.

AVRO-2024

Seçmə mərhələ, V tur

8 sentyabr

A qrupu

20:00 Gürcüstan - İspaniya

22:45 Kipr - Şotlandiya

Xal durumu: Şotlandiya - 12, Gürcüstan - 4, Norveç - 4, İspaniya - 3, Kipr - 0

D qrupu

22:45 Türkiyə - Ermənistan

22:45 Xorvatiya - Latviya

Xal durumu: Türkiyə - 9, Ermənistan - 6, Xorvatiya - 4, Uels - 4, Latviya - 0

J qrupu

22:45 Slovakiya - Portuqaliya

22:45 Bosniya və Herseqovina - Lixtenşteyn

22:45 Lüksemburq - İslandiya

Xal durumu: Portuqaliya - 12, Slovakiya - 10, Lüksemburq - 7, Bosniya və Herseqovina - 3, İslandiya - 3, Lixtenşteyn – 0.