"Putin sadiqdir" - Tramp

ABŞ Prezidenti Donald Tramp Rusiya lideri Vladimir Putinin Ukraynadakı münaqişənin həllinə sadiq olduğuna inandığını bildirib. 

Sabahinfo.az xəbər verir ki, o, bunu "The New York Time " (NYT) qəzetinə müsahibəsində deyib. 

"Düşünürəm ki, o, razılaşma əldə etmək istəyir", - deyə Tramp əlavə edib. 

Ağ Evin rəhbərinin sözlərinə görə, Putinlə sülh müqaviləsinin bütün şərtlərinin artıq razılaşdırıldığı hallar olub. Lakin Tramp qeyd edib ki, Ukrayna Prezidenti Volodimir Zelenski razılaşmaya razı deyil.