Avropada təbii qaz bahalaşdı

Avropada təbii qazın qiyməti oktyabrın 14-dən etibarən ilk dəfə min kubmetrə görə 1500 dolları ötüb.

Sabahinfo.az xəbər verir ki, günün əvvəlindən etibarən ümumi qiymət artımı 5 faizdən çox təşkil edib.

Niderlandın TTF habında dekabr fyuçerslərinin dəyəri min kubmetrə görə 1544 dollara yüksəlib

Qeyd edilir ki, Avropada qazın qiymətinin artmasına son dövrlərdə elektirk enerjisinin istehsalında külək enerjisinin azalması və havaların soyuması səbəb olur.

Xatırladaq ki, sentyabrın əvvəlində Avropada təbii qazın min kubmetri 2 900 dollara yaxınlaşmışdı.