"Azərbaycan yeni dönəmdədir" - Mahir Abbaszadə

"2020-ci ildə 44 günlük Vətən müharibəsində işğalda olan torpaqlarımızı azad edərkən ölkəmizə alınıb gətirilən ən müasir silahların nələrlə nəticələndiyinin bir daha şahidi oduq. Azərbaycan artıq yeni dönəmdədir. Bu, iqtisadiyyatın bütün sektorlarında olduğu kimi, informasiya texnologiyaları sahəsində də inkişafı özündə təmin etməlidir".

Sabahinfo.az xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında ​​​​deputat Mahir Abbaszadə deyib.

"İnformasiya texnologiyalarının böyük bazar sahiblərinin ölkməziə cəlb edilməsi, həmçinin, burada mütəxəssislərin yetişdirilməsi və onların bu sahəyə cəlb edilməsi olduqca vacibdir. Xaricdə İKT sahəsi üzrə təhsil alanlar olur. Niyə onun böyük əksəriyyəti  ölkəmizə qayıdıb bilik və bacarıqlarını burada tətbiq etmir? Ona görə ki, onlara təklif olunan iş və maaşlar həmin şəxslərin bu sahəni seçdikləri zaman olan gözləntilərinə cavab vermir", - deyə deputat qeyd edib.