Azərbaycanı sevənlərin sayı artmaqdadır

Vətən müahribəsində qazanılan Zəfərədən sonra Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin işğaldan azad edilmiş ərazilərə hər səfəri quruculuq işlərinin vüsətini artırır ki, bu da Böyük Qayıdışı  tezləşdirir. “Məm azərbaycanlıyam!” deyənlər quruculuq işlə­ri­nin böyük məsuliyyətlə, böyük vətəndaşlıq sevgisi ilə aparılmasını Zəfərin davamı bilir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və birinci xanım Mehriban Əli­yevanın mayın 26-da Füzuli, Cəbrayıl və Zəngilan rayonlarına səfəri də bu baxımdan tarixləşdi. Xalq belə səfərləri Vətən müharibəsindən sonra Azərbaycanın daxili siyasətinin başlıca istiqaməti bilir və bunu bütün varlığı ilə təqdir edir.

Səfər zamanı ölkə başısı Horadiz – Cəbrayıl – Zəngilan – Ağbənd avtomobil yolunun tikintisi ilə tanış olub. Hər səfər yeni tikinti, yeni tikintinin başlanğııcı deməkdir. Bu səfərdə ölkə başçısı Cəbrayıl rayonunda Horadiz – Ağbənd dəmir yolu xəttinin Soltanlı stansiyasının və “Azərenerji” ASC-nin “Cəbrayıl” enerji qovşağının təməlqoyma mərasimində iştirak edib. İctimaiyyət təməli qoyulan obyektlər həm ayrılıqda, həm də vəhdətdə işğaldan azad edilmiş ərazilərdə normal həyatın bərqərar olunacağının zəmanəti bilir.  

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Zəngilanda inşa edilən məscidin tikintisi ilə tanış olublar, İşğal və Zəfər muzeyləri kompleksinin təməlqoyma mərasimində iştirak ediblər. Bu muzey komplekslər tariximizin bir hissəsini yaşadacaq, gənclərin, yeniyetmələrin vətənpərvərlik duyğularının formalaşmasında, yüksəlişində tarixi mənbə olacaq...

Ölkə başçısının işğaldan azad edilmiş ərazilərə səfərləri Azərbaycanın xarici siyasətinin də mahiyyətinin göstəricisidir. Belə səfərlər Azərbaycana dost ölkələri sevindirir. Sevinənlərin sayı daim artmaqdadır...

Səbinə XASAYEVA

Milli Məclisin deputatı