Hicran Hüseynova vətəndaşlarla növbəti görüş keçirib - FOTOLAR

 

Bu gün 42 saylı Sumqayıt birinci seçki dairəsinin deputatı və Milli Məclisin komitə sədri olaraq, Yeni Azərbaycan Partiyası Sumqayıt şəhər təşkilatının inzibati binasında seçicilərlə növbəti dəfə vətəndaş qəbulu keçirtdik.

Qəbul zamanı vətəndaşların müraciətlərini dinlədik, qaldırılan məsələlər ayrı-ayrılıqda təhlil olundu. Müraciətlər əsasən sosial rifah, məşğulluq, pensiya təminatı, ailə-məişət və digər gündəlik həyatla bağlı məsələləri əhatə edirdi.

Bir sıra məsələlərin həlli yerində təmin olundu, digər müraciətlər isə qanunvericiliyin tələblərinə uyğun olaraq aidiyyəti dövlət qurumlarına müvafiq sorğular göndərilməsi üçün icraata alındı. Seçicilərlə keçirilən bu cür görüşlər vətəndaşların mövcud problemlərinin öyrənilməsi və həllinə yönəlmiş praktiki addımların atılması baxımından mühüm əhəmiyyət kəsb edir.

Milli Məclisin Komitə sədri,
professor Hicran Hüseynova