Bakıda Lənkəranskinin qardaşının restoranında əməliyyat

Türkiyədə qətlə yetirilən kriminal avtoritet Rövşən Lənkəranskinin qardaşı Namiq Canıyevin Bakıdakı restoranında əməliyyat keçirilib.

“Qafqazinfo”nun məlumatına görə, fevralın 14-də N.Canıyev və Rövşən Lənkəranskinin yaxın adamları Bakıda yerləşən “Neon” şadlıq sarayında toplanıblar.

Həmin zaman insident yaşanıb və hüquq mühafizə orqanlarının əməkdaşları əməliyyat keçirərək oradakı şəxsləri saxlayıblar.

Məlumata görə, sabiq gömrük polkovniki Namiq Canıyevlə birgə təxminən 10 nəfər tutulub. Daha sonra N.Canıyev sərbəst buraxılıb.

Digər şəxslərlə bağlı hazırda araşdırma davam etdirilir.

“Neon” şadlıq sarayının Lənkəranskinin ailəsinə məxsus olduğu bildirilir.