Ərdoğan: “Qarabağda vəhşiliyə məruz qalanlardan həqiqətləri eşitmək bu gün də mümkündür”

"Ermənilərin Qarabağda həyata keçirdikləri vəhşiliyə məruz qalanlardan həqiqətləri dinləmək bu gün də mümkündür”.

sabahinfo.az-ın APA-ya istinadən məlumatına görə, bu gün Türkiyə İxracatçılar Şurasının 23-cü Qurultayında və ixracat çempionları mükafatlandırma mərasimində çıxış edən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

O qeyd edib ki, Kipr yunanlarının adada həyata keçirdikləri soyqırımlarının qurbanları hələ də yaşayırlar: "Ölkəmizi tez-tez "erməni soyqırımı” ilə təhdid edən dövlətlərin hər birinin arxasında milyonlara məsum insanın qanı var. Keçmişi araşdırsaq, bu məsələdə ən alnı açıq ölkə Türkiyədir. Bu məsələdə bir çox ölkənin keçmişi qanlı və qaranlıqdır. İndi biz önümüzə Qərb və digər dövlətlərin keçmişində yaşanan cinayətlərin siyahısını qoysaq, necə olar? Qoyaq və onların üzərində də araşdırmalara başlayaq”.