Ərdoğanın kürəkəninə Azərbaycanla bağlı vəzifə verildi

Türkiyənin energetika və təbii ehtiyatlar naziri Berat Albayrak Türkiyə-Azərbaycan Hökumətlərarası Müştərək Komissiyasının həmsədri təyin edilib. sabahinfo.az millətinsəsi.info-ya istinadən xəbərinə görə, bu barədə Türkiyənin baş naziri Binəli Yıldırım sərəncam imzalayıb. Berat Albayrak Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın qızının həyat yoldaşı, yəni kürəkənidir. O, həm də Türkiyə ilə Əlcəzair, Çin, Liviya, Nigeriya, Uqanda və Venesuela arasında ticari-iqtisadi əməkdaşlıq məsələləri üzrə Hökumətlərarası komissiyaların həmsədri təyin edilib. Xatırladaq ki, Azərbaycan tərəfindən komissiyanın həmsədri baş nazirin birinci müavini Abid Şərifovdur.