Türkiyənin BRICS-ə üzvlüyü ilə bağlı ilk rəsmi açıqlama verilib.
Sabahinf.az xəbər verir ki, bunu Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AK Parti) sözçüsü Ömer Çelik jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, rəsmi Ankara üzvlükdə maraqlıdır: “Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da bu barədə mövqeyini dəfələrlə bildirib. Bununla belə, hələ ki konkret nəticə yoxdur”.
Qeyd edək ki, daha əvvəl Türkiyənin BRICS-ə üzvlüyü ilə bağlı müraciət etdiyi barədə məlumat yayılmışdı.