Hərbi poliqon yanır: - İnsanlar təxliyə olundu

Rusiyada hərbi poliqonda yanğın baş verib.

sabahinfo.az apa-ya istinadən bildirir ki, hadisə Həştərxan vilayətində yerləşən Aşuluk poliqonunda qeydə alınıb.

Rusiya Fövqəladə Hallar Nazirliyindən bildiriblər ki, hazırda raket sürətləndiriciləri yanır. Həmin qurğular S-75 zenit raketlərinin mühərrikləri üçün nəzərdə tutulur.

Yaxınlıqdakı hərbi şəhərcikdən 500 nəfər, poliqondan isə 76 nəfər təxliyə olunub.

Hazırda yanğının söndürülməsi istiqamətində iş aparılır.