OPEK-in qeyri-rəsmi toplantısı ərəfəsində neftimizin qiyməti bahalaşır

Azərbaycanın dünya bazarına çıxararaq satdığı "AzeriLight”markalı xam neftin bir barelinin qiyməti 1,18 dollar və yaxud 2,35% bahalaşıb.

Sabahinfo.az-ın məlumatına görə, "AzeriLight” markalı neftin bir barelinin qiyməti 51,47 dollara bərabər olub.

"AzeriLight” neftinin minimal qiyməti 2001-ci ilin dekabrında (19,15 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb.

Xatırladaq ki, sentyabrın 26-28 tarixləri arasında Əlcəzairdə keçirilən Beynəlxalq Enerji Forumu çərçivəsində OPEK-ə üzv olan və olmayan ölkələrin qeyri-rəsmi görüşü baş tutacaq.