"Dağlıq Qarabağ ifadəsinin işlədilməsi yolverilməzdir" - Sahibə Qafarova

“Bəzi beynəlxalq təşkilatların təmsilçiləri tərəfindən hələ də “Dağlıq Qarabağ ifadəsinin işlədilməsi yolverilməzdir”.

Sabahinfo.az-ın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin sədri Sahibə Qafarova deyib.

Spiker bunu Yunanıstanda keçirdiyi bütün görüşlərdə qeyd etdiyini bildirib: “Düşünürəm ki, Yunanıstan səfərimiz çox uğurlu keçdi. Orada görüşdüyüm bütün rəsmilərin diqqətinə Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı zəfəri, BMT-nin 4 qətnaməsini öz gücünə təmin etdiyini diqqətə çatdırdım”.