Erməni vəhşiliyinin növbəti sübutu: Mülki azərbaycanlıları bir-birilərinə bağlayıb, yandırıblar - VİDEO

Erməni silahlı qüvvələri tərəfindən 1992-ci ildə törədilmiş daha bir hərbi cinayət aşkarlanıb.

Bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb.

Görüntülərdə ermənilərin vəhşiliklə qətlə yetirib kütləvi məzarlıqda dəfn etdikləri mülki azərbaycanlıların qalıqlarının çıxarılması əks olunub.

Qalıqları çıxaran şəxslər öldürülənlərin uşaqlar və qadınlar olduqlarını, onların bir-birilərinə bağlandıqlarını və yandırıldıqlarını qeyd ediblər.