Əziz Sancar Azərbaycana gələcək

Türkiyənin "Nobel" mükafatçısı Əziz Sancar "Texnofest"də iştirak etmək üçün Azərbaycana gələcək.

Sabahinfo.az xəbər verir ki, bunu Türkiyənin "Baykar" şirkətinin texniki direktoru Selçuk Bayraktar deyib.

O bildirib ki, Əziz Sancar müsabiqə qaliblərinin mükafatlandırılması mərasiminə qatılacaq.