"Saakaşvili axmaqlıq etdi..."

"Mixail Saakaşvili 2008-ci ilin avqustunda axmaq hərəkətlər etdi”.

Bunu Gürcüstanın keçmiş baş naziri, "Gürcü arzusu” koalisiyasının qurucusu Bidzina İvanişvili deyib.

Onun sözlərinə görə, indiki gürcü hakimiyyəti analoji metodlarla hərəkət etmək niyyətində deyil.

"Bizim düşdüyümüz vəziyyət Saakaşvilinin ən böyük səhvi və onun düşünülməmiş, axmaq hərəkətlərinin nəticəsidir. Biz belə metodlarla hərəkət etməyəcəyik, bizdə o cür illüziyalar olmayacaq. Gürcü hakimiyyəti düzgün yolu və strategiyanı seçib. Bu, müsbət nəticələrə gətirib çıxaracaq”, - İvanişvili mətbuat konfransında bildirib.

O, əlavə edib ki, Abaşidze-Karasin (Gürcüstan baş nazirinin Rusiya üzrə xüsusi nümayəndəsi Zurab Abaşidze və Rusiya xarici işlər nazirinin müavini Qriqori Karasin – red.) dialoquna alternativlər mövcud deyil: "Biz düzgün yolu seçdik. Abxaz və osetin qardaşlarımızı cəlb etmək üçün hər şey etməliyik. Gürcüstan güclü olmalıdır ki, bizim qardaşlarımızda bizimlə birlikdə yaşamaq arzusu yaransın. Biz heç kəsi güclə bunu etməyə məcbur etməyəcəyik. Səbr etmək lazımdır”