ABŞ-da növbəti silahlı hücum

Professor Mustafa Akşar "Namaz qılmayan heyvandır” deməklə çox böyük qələt edib.

 

sabahinfo.az  xəbər verir ki, bu sözləri Türkiyənin Baş naziri Binəli Yıldırım deyib.

 

"Biz dinimizin dəyərlərini bilirik. Dinimiz qardaşlıq dinidir. Bu kimi sözlər qəbuledilməzdir. Axmaqlıqdır. Əhalisinin 99 faizi müsəlman olan ölkədə belə sözlərin anlamı yoxdur”, - Yıldırım bildirib.

 

Qeyd edək ki, türkiyəli professor Mustafa Akşar TRT-1 telekanalında çıxışı zamanı namaz qılmayanların heyvan olduğunu bildirmişdi.

 

Lakin sonradan o, çıxışına düzəliş etmişdi.