Diqqətli olun! 4 nəfər istidən öldü

KİV-lərin məlumatına əsasən ABŞ-ın cənub-qərbində bazar günü anomal isti hava şəraiti ilə bağlı hadisələr nəticəsində azı 4 nəfər həlak olub.

Şiddətli istilər nəticəsində baş verən ölüm hadisələri Arizona ştatında qeydə alınıb. CNN telekanalının məlumatına əsasən, həyatını itirən 4 nəfərdən 2-si piyada turizmi ilə məşğul olurdu.

Anomal isti havalar Kaliforniya ştatının cənub hissəsində, Arizona ştatının müxtəlif rayonlarında, Nevada ştatının cənubunda və Nyu-Meksiko ştatında müşahidə olunub. Bu bölgələrdə termometrlərin göstəriciləri Selsi şkalası üzrə 47 dərəcəyə qədər yüksəlib. Regionun bəzi hissələrində təbii yanğınlar qeydə alınıb.

İyunun 20-də ABŞ-ın cənub-qərbində isti hava şəraitinin davam edəcəyi bildirilir.