Gələn həftə parlamentin yaz sessiyası başa çatır

Gələn həftə Milli Məclisin yaz sessiyası başa çatır.

Sabahinfo.az xəbər verir ki, Milli Məclisin Daxili Nizamnaməsinə əsasən, yaz sessiyası fevralın 1-də başlayır və mayın 31-dək davam edir. 

Lakin, yaz sessiyasının başa çatmasına baxmayaraq, Milli Məclisin növbədənkənar xüsusi sessiyasının çağrılması gözlənilir.

Növbədənkənar sessiya başa çatdıqdan sonra isə deputatlar tətildə olacaqlar.