“Heydər Əliyev: siyasi hakimiyyətin 55 illik yubileyi” adlı videoçarx hazırlandı

Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 1969-cu il iyul ayının 14-də Azərbaycan KP MK-nın I katibi seçilməsinin 55 illik yubileyi ilə əlaqədar Yasamal rayon MKS-nin 2 nömrəli kitabxana filialının əməkdaşı Dəniz Vətəni “Heydər Əliyev: siyasi hakimiyyətin 55 illik yubileyi” adlı videoçarx hazırladı.

Videoçarxda “Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi birinci dövr (1969-1982)”, “Heydər Əliyev SSRİ rəhbərliyində (1982-1987)”, “Heydər Əliyev Azərbaycanın müstəqilliyinin banisidir (1993-2003)” bölmələrində iki ictimai-siyasi quruluşda Azərbaycana rəhbərlik etmiş Ulu Öndər Heydər Əliyevin xidmətlərindən məlumat verilir.

  Heydər Əlirza oğlu Əliyevin SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsində işlədiyi zaman SSRİ məkanında mühüm, strateji əhəmiyyətli işlərin həyata keçirilməsi vurğulanır.

Videoçarxda qeyd olunur ki, Heydər Əliyev Dağlıq Qarabağda yaranmış kəskin münaqişəli vəziyyətlə bağlı SSRİ rəhbərliyinin ikiüzlü siyasətinə etiraz əlaməti olaraq, 1991-ci ilin iyul ayında Sovet İttifaqı Kommunist Partiyasının sıralarını tərk edərək Azərbaycana qayıtmışdır.

 Ulu Öndərin Azərbaycan müstəqilliyinin banisi kimi siyasi fəaliyyətinin məqamları da videoçarxda nümayiş olunur.

Videoçarxda əbədiyaşar liderin həyatını əks etdirən fotoşəkillər, onun əsas təltifləri və fəxri adları, habelə videogörüntülər verilib.

Videoçarx Ceyhun Həsrətin Ulu Öndər Heydər Əliyevin əziz xatirəsinə ithaf olunan "Adınla yaşayır Azərbaycan" mahnısının sədaları altında izləyicilərə təqdim olunur.

Videoçarx kitabxananın YouTube kanalında nümayiş olunur:

https://www.youtube.com/watch?v=fIwaz2_7H34