İranda tanınmış vəkil həbsdən çıxdıqdan sonra öldü

İranın Kirman şəhərində girov qarşılığında müvəqqəti olaraq sərbəst buraxılan vəkil Məryəm Arvin vəfat edib.

Sabahinfo.az xəbər verir ki, bu barədə Kirman əyalətinin Vəkillər Birliyi məlumat yayıb.

Vəkillər Birliyinin ictimaiyyətlə əlaqələr bölməsi gənc vəkilin ölüm səbəbi barədə əlavə açıqlama verməyib.

İnsan haqları müdafiəçiləri isə Məryəm Arvinə həbsxanada işgəncə edildiyini, ağır fiziki və psixi təzyiqlərə məruz qaldığını bildiriblər.

Məsələ ilə bağlı İranın məhkəmə orqanları və əlaqədar dövlət qurumları tərəfindən heç bir açıqlama verilməyib.