İsmayıllıda sürücü DYP əməkdaşına hücum edib

24 iyul 2021-ci il tarixdə İsmayıllı şəhəri, Nizami küçəsində rayon polis şöbəsinin əməkdaşına qarşı zor tətbiq olunması faktı ilə bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanaraq rayon prokurorluğunda istintaq aparılıb.

İsmayıllı rayon prokurorluğundan verilən məlumata görə, İsmayıllı Rayon Polis Şöbəsinin Dövlət Yol Polis Bölməsinin yol patrul xidməti inspektoru Bəhram Bəhramlı İsmayıllı şəhərində xidmət apardığı zaman BMW markalı, 90-MP-065 dövlət qeydiyyat nişanlı avtomobili qayda pozuntusuna yol verildiyinə görə dayandırdıqda sürücü Ruslan Maxsudov avtomobildən enərək Bəhram Bəhramlıya müqavimət göstərməklə onun xidməti geyim formasını cırıb, həmçinin əlləri ilə üz və boyun nahiyəsinə zərbələr endirərək dərəcəsi təyin edilməyən bədən xəsarətləri yetirib.

Ruslan Maxsudov Cinayət Məcəlləsinin 315-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddəsi ilə təqsirləndilirən şəxs qismində cəlb edilib.

Hazırda cinayət işi üzrə istintaq yekunlaşdırılaraq, baxılması üçün aidiyyəti üzrə rayon məhkəməsinə göndərilib.