Məktəbəqədər təhsil müəssisələri də bağlanıb? - AÇIQLAMA

Məktəbəqədər təhsil müəssisələrində tədris davam etdirilir.

Bunu jurnalistlərə açıqlamasında Bakı Şəhər İcra Hakimiyyətinin şöbə müdiri Elmin İmanov bildirib. Onun sözlərinə görə, öncə bağçaların fəaliyyəti dayandırmaq qərarı verilsə də, sonradan bu qərar dəyişdi:

"Artıq məlumdur ki, ötən gündən ümumtədris mərkəzləridə təhsilin əyani formada keçirilməsi müvəqqəti olaraq dayandırılıb və distant təhsilə keçirilib. Təbii ki, insanlarda belə bir sual yaranır ki, məktəbəqədər təhsil müəssisələrində necə olacaq. Qeyd etmək istərdim ki, bu cür qərarları Nazilər Kabineti yanında Operativ Qərargah verir. Belə ki, epidemioloji vəziyyətlə bağlı bu cür mühüm qərarlar verilərkən biz onları icra edirik.

Öncə məktəbəqədər təhsil müəssisələrinin bağlanmasıyla bağlı qərar veriləsə də, daha sonra mütəxəssislər belə müəyyən etdilər ki, tədris müəssisələrdə davam etdirilsin. Cəmiyyətdə qeyri-müəyyənlik buradan qaynaqlanmışdı, ancaq hazırda məktəbəqədər təhsil müəssisələrində heç bir problem yoxdur. Təlim-tərbiyə prosesi mövcud epidemioloji vəziyyətə uyğun olaraq davam etdirilir".