Novruz Aslanov İsmayıllıda sakinlərlə görüşdü 

Millət vəkili Novruz Aslanov fevral ayının 22-də İsmayıllı rayonuna növbəti səfərini edib.

Sabahinfo.az xəbər verir ki, İsmayıllı şəhərində yerləşən ofisində öncə seçicilərin qəbulunu keçirib. Qəbulda millət vəkili Tahir Kərimli də iştirak edib. Sakinləri maraqlandıran məsələlər və istəkləri diqqətlə dinlənilib, onların suallar ətraflı cavablandırılıb. Müraciətlər əsasən sakinlərin üzləşdikləri çətinliklər, məşğulluq, şəhid ailələrinin istəkləri, veteran və qazilərin şikayətləri, eyni zamanda mənzil-məişət problemlərini əhatə etmişdir.

Sonra deputatlar İsmayıllı rayon Ağsaqqallar şurasının sədri Valeh Salehovu 80 illik yubileyi münasibətilə təbrik edib, ona xoş arzularını çatdırıblar. Həmçinin, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin yubiley medalını ona təqdim ediblər. 

Günün ikinci yarısı millət vəkili Novruz Aslanov və Tahir Kərimli İsmayıllı rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırovla və yerli strukturların rəhbərlərinin iştirakı ilə birgə Topçu kəndində sakinlərlə görüşüblər. Görüş zamanı bütün müraciətlər diqqətlə dinlənilərək, qeydə alınmış, yerində həll edilə biləcək məsələlər həll edilmişdir. Vətəndaşların problemlərinin həlli üçün deputatlar tərəfindən aidiyyatı orqanlara müvafiq müraciətlərin ediləcəyi diqqətə çatdırılmışdır.