23-24 sentyabr 2023- cü il tarixində Gədəbəydə bir qrup istedadlar öz bacarıqlarını təqdim etdilər. QHT - lərə Dövlət Dəstəyi Agentliyinin Maliyyə Dəstəyi ilə "İstedadları tanıyaq və tanıdaq" İB-nin "Regionlarda
istedadlı gənclərin inkişafı istiqamətində tədbirlərin keçirilməsi" adlı layihəsinin ikinci mərhələsi Gədəbəy rayonunda reallaşdırıldı. Heydər Əliyev Mərkəzində keçirilən "İstedadlı gənclərin sorağında" adlı tədbirdə Gədəbəy rayon İcra Hakimiyyətinin nümayəndəsi, Təhsil şöbəsinin əməkdaşı, Heydər Əliyev mərkəzinin əməkdaşları, İstedadları tanıyaq və tanıdaq İB-nin 20 nəfərdən ibarət nümayəndə heyəti və rayon sakinləri iştirak etdilər. İstedadların müxtəlif nominasiyalar üzrə əl işləri , rəsmlərdən ibarət sərgiləri təqdim olundu və aşıq sənəti, nəfəs alətləri, bədii qiraət, musiqi ifaçılığı üzrə çıxışlar dinlənildi. Təşkilat sədri Vüsalə Sadıqova çıxış edərək dövlətin istedadlı uşaq və gənclərə diqqət və qayğısını vurğuladı və bütün iştirakçılara uğurlar arzuladı. Birlik sədri qeyd etdi ki
tədbirdə çıxış edən iştirakçılar arasında fərqlənənlər Bakı şəhərində diplom və sertifikatla mükafatlandırılacaqlar.
Tədbirin sonunda Xatirə şəkli çəkdirildi.
Qeyd edək ki, layihənin məqsədi, istedadlı və bacarıqlı şəxsləri üzə çıxarmaq üçün tədbirlər keçirmək və sərgilər təşkil etmək, həmçinin şəhər və rayonda yaşayan istedadlar arasında təməli möhkəm olan və davamlılığı qorumağı bacaran dostuq körpüsü yarada bilmək, vətənpərvər ruhda inkişaflarına dəstək olmaq, pis vərdişlərdən uzaqlaşdıraraq asudə vatlarını səmərəli təşkil etmək, ictimai fəallıqlarını artırılmasına dəstək olmaqdır.
Bununla yanaşı, tədbir iştirakçılarının davamlı olaraq Azərbaycanın tanınmış simaları ilə görüşləri də təşkil olunacaqdır.