Razılığa gəldilər

ABŞ və Çin ilin sonuna kimi videoformatda ikitərəfli zirvə görüşünün keçirilməsi ilə bağlı prinsipial razılığa gəliblər. Bu barədə Reuters Ağ Evdəki mənbəyə istinadən xəbər verir. Qeyd olunur ki, ötən gün Sürixdə ABŞ prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Ceyk Sallivan ilə Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvü, Xarici İşlər üzrə Mərkəzi Komissiya katibliyinin rəhbəri Yan Tzeçi arasında altı saatlıq danışıqlar aparıldı.